İran millisi DÇ-2026-ya erkən vəsiqə qazandı

İran milli futbol komandası 2026-cı il Dünya Çempionatına erkən vəsiqə qazanaraq, turnirdə iştirakını təmin edib.

Lim10.az xəbər verir ki, Asiya seçmə mərhələsinin 1-ci qrupunun 8-ci turunda İran milli komandası Özbəkistanla 2:2 hesabı ilə heç-heçə edib.

Bu nəticəyə görə, İran komandası seçmə mərhələnin bitməsindən 2 tur əvvəl 20 xal toplayıb.

Qeyd edək ki, 1-ci qrupdan 2 komanda birbaşa çempionata vəsiqə qazanacaq. 7 oyun sonra 3-cü yerdə olan BƏƏ 10 xala malikdir. Əgər BƏƏ qalan 3 oyunda qələbə qazansa belə, cəmi 19 xal toplayacaq və İranı ötüb keçə bilməyəcək.