Hakan Fidan Marko Rubio ilə görüşdü: Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olundu

Türkiyənin ABŞ-də səfərdə olan xarici işlər naziri Hakan Fidanla bu ölkənin dövlət katibi Marko Rubio arasında görüş keçirilib.

Lim10.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

Telekanalın məlumatına görə, nazirlər Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq səyləri ilə yanaşı, Azərbaycanla Ermənistan arasında sülh prosesini də müzakirə ediblər.

Vurğulanıb ki, Ankara Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı səylərini dəstəkləyir. Görüşdə həmçinin Bosniya və Herseqovinanın sabitliyinin Balkanlar üçün böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.