Cənubi Koreyada Rusiya gəmisi yanıb: Ağır yaralılar var

Cənubi Koreyanın Pusan şəhərində Kamçxon limanından 8 km aralıda dənizdə Rusiyanın "Crystal Asia" gəmisində yanğın baş verib.
Lim10.az-ın xəbərinə görə, bu barədə Rusiyanın Pusandakı Baş Konsulluğu "Telegram" kanalında məlumat verib.
"Martın 26-da yerli vaxtla saat 7:14-də Kamçxon (Pusan) limanından 8 km məsafədə dənizdə Rusiyanın "Crystal Asia" refrijerator gəmisində (23 nəfərlik ekipajı var, onlardan 22-si Rusiya vətəndaşıdır) yanğın baş verib. Pusan dəniz polisinin məlumatına görə, altı rusiyalı yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır", - deyə məlumatda bildirilib.
Bütün zərərçəkənlər operativ şəkildə Pusandakı tibb müəssisələrinə aparılıb. Baş Konsulluq yerli hakimiyyət orqanları ilə daimi əlaqə saxlayır.