Paşinyan Ermənistanın keçmiş prezidentlərini hədələdi

Ermənistanın baş naziri Nikol Paşinyan canlı efirdə Qarabağla bağlı debatlar keçiriləcəyi təqdirdə Ermənistanın keçmiş prezidentlərinin "divara yapışdıracağı" ilə hədələyib.
Lim10.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2020-ci ildən keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyan Paşinyanın hakimiyyətə gəlişi ilə qaçılmaz olan ikinci Qarabağ müharibəsində təslim olmağa görə onu günahlandırmağa çalışırlar.
Qeyd olunur ki, məhz buna görə də baş nazir keçmiş prezidentləri canlı debatlara dəvət edir, lakin onlar bundan imtina edirlər. Onun sözlərinə görə, eks-prezidentlər nəsə demək istəyirlərsə, o zaman efirə çıxsınlar, vasitəçilərdən istifadə etməsinlər.
"Amma onlar deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Amma sonra övladlarını, nəvələrini mətbuat konfransına göndərirlər. Müzakirə edəcəyiniz bir şey yoxdursa, oturun və yerinizdən tərpənməyin. Mən səninlə müzakirə etməyəcəyəm, səni divara yapışdıracağam. Oradan da siyasi meyitlərinizin qalıqlarını aparacaqlar. Hər üçünüzə aiddir. Əsəblərimizlə oynamağa son qoyun. Mən sizi tapdalayacağam, heç bir müzakirə olmayacaq", - Paşinyan bildirib.
Baş nazir həmçinin qeyd edib ki, onlar bu barədə məlumatlıdırlar, ona görə də müzakirə etməkdən imtina edirlər.