Litva-Belarus sərhədi yaxınlığında dörd ABŞ hərbçisi ölü tapıldı

Martın 25-də Litvada Belarusla sərhəd yaxınlığındakı Pabrade poliqonunda keçirilən hərbi təlimlər zamanı yolsuzluq avtomobilində olan dörd amerikalı əsgər itkin düşüb. Onlar bu gün ölü tapılıb.

Lim10.az xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.

Qeyd olunur ki, hadisə baş verən zaman 3-cü piyada diviziyasının 1-ci briqadasının hərbçiləri planlaşdırılmış taktiki təlimdə iştirak edib.

Axtarışlara litvalı və xarici hərbçilər, həmçinin Hərbi Hava Qüvvələri və Dövlət Sərhəd Xidmətinin helikopterləri cəlb olunub.

Hadisəni ABŞ Ordusunun Avropa və Afrika Komandanlığı təsdiqləyib.