Ağ Evin gizli yazışmasından sızma ilə bağlı Trampı qəzəbləndirən nə olub?

ABŞ prezidenti Donald Tramp Yəmənə hücumların müzakirəsi ilə bağlı yazışmanın sızmasına görə deyil, onun milli təhlükəsizlik müşaviri Mayk Uoltsun "The Atlantic" qəzetinin baş redaktorunun nömrəsini telefonunda saxladığı üçün qəzəblənib.
Lim10.az xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat verib.
Xatırladaq ki, martın 24-də "The Atlantic"in baş redaktoru Cefri Qoldberq, Uoltsun "Signal" mesencerində səhvən onu Yəmən husilərinə qarşı əməliyyat planlarının müzakirə edildiyi çata əlavə etdiyini . Çatda Uolts, Pentaqonun rəhbəri Pit Heqset, dövlət katibi Marko Rubio, vitse-prezident Ceyms Devid Vens və başqaları da daxil olmaqla 18 nəfər olub.
Mənbələr bildiriblər ki, Tramp açıq şəkildə dəstəkləyərək milli təhlükəsizlik müşavirinin jurnalistlə insidentdən dərs aldığını desə də, əslində o qəzəblənib. Trampın əsas narazılığı Uoltsun telefonunda "Atlantic"in redaktorunun əlaqə məlumatlarının olması olub.
Qeyd olunur ki, insident Uoltsun Trampın yaxın ətrafı ilə münasibətlərini gərginləşdirib.