Bakı metrosunda gecikmə olub - SƏBƏB

Bu gün səhər saatlarında Bakı metrosunda gecikmə olub.

Gecikmənin səbəbi ilə bağlı Lim10.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib ki, "Əhmədli" stansiyasında vaqon qapılarının açılıb-bağlanmasında maneə olduğunu müəyyən edən qatar maşinisti əlavə texniki baxış keçirib:

"Qapı arasında kənar element müəyyən edərək problemi aradan qaldırıb. Daha sonra təhlükəsizlik tələblərinə uyğun olaraq, qatarın xətdə sərnişinsiz yoxlanması təmin edilib. Lakin qatara texniki baxış keçirilməsi və əlavə yoxlamalar səbəbilə intervaldan əlavə 3 dəqiqə gecikmə müəyyən edilib. Xəttə ehtiyat qatar verilib və interval fərqi qısa müddətdə aradan qaldırılıb".