ABŞ ilə Ukrayna arasında vacib sənəd gələn həftə imzalana bilər

ABŞ və Ukrayna nadir torpaq metalları üzrə əməkdaşlıq razılaşmasını gələn həftə imzalaya bilərlər.

Lim10.az-ın xəbərinə görə, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalının efirində məlumat verib.

Maliyyə Nazirliyinin rəhbəri bildirib ki, Vaşinqton iqtisadi tərəfdaşlığa dair tamamlanmış sənədi Kiyevə təhvil verib və hazırda Ukrayna tərəfi onu nəzərdən keçirir.

"Biz tam şəkildə danışıqlara başlamağa və bəlkə də gələn həftə onu imzalamağa ümid edirik", - deyə Bessent nəzərə çatdırıb.

O qeyd edib ki, razılaşma əvvəlcə dörd səhifəlik sənəddən ibarət olub, lakin danışıqlarda fasilə nəzərə alınaraq genişləndirilib.