Türkiyə donanmasının yeni gücü: "Bayraktar TB-3" və İHA-122

Türkiyənin yerli istehsalı olan "Bayraktar TB-3" pilotsuz uçuş aparatı (PUA) daha bir mühüm sınaqdan uğurla keçib. İHA-122 səsdənsürətli raketinin atəşlənməsi ilə nəticələnən bu test, Türkiyənin hərbi texnologiyada növbəti uğurunu bir daha nümayiş etdirib.

Lim10.az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, "Baykar" şirkətinin məhsulu olan "TB-3", təkcə yeni silah inteqrasiyası ilə deyil, həm də dəniz platformalarına eniş və qalxış qabiliyyəti ilə diqqət çəkir.

"ROKETSAN" tərəfindən istehsal edilən "İHA-122" yüksək dəqiqlik təmin edərək həm dəniz, həm də quru hədəflərinə qarşı effektivdir.

Müştərək əməliyyat imkanı - sınaq zamanı hədəf "Bayraktar TB-2" tərəfindən işarələnib. "TB-2" və "TB-3"ün birlikdə işləməsi, əməliyyat sahəsində effektiv koordinasiya və real vaxt məlumat paylaşımı imkanı yaradır.

Dəniz gücü və donanma üstünlüyü - "Bayraktar TB-3" qısazolaqlı gəmilərdən, xüsusilə "TCG Anadolu" kimi amfibiya gəmilərindən havaya qalxa və enə bilir. Bu, Türkiyə donanmasının açıq dənizlərdə təsir gücünü artırır.

Strateji Əhəmiyyət - yerli istehsal olan "İHA-122" Türkiyənin dəniz və hava əməliyyatlarında gücünü artıraraq, müxtəlif hədəflərə qarşı istifadə oluna biləcək geniş imkanlar təqdim edir.

Ətraflı süjetdə:

Türkiyə donanmasının yeni gücü: "Bayraktar TB-3" və İHA-122