Tramp dünyanın ən təhlükəli cinayətkar dəstələrindən birinin başçısının həbs olunduğunu açıqladı

Başqa cinayətlərlə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsi və adam oğurluğu ilə məşğul olan "Mara Salvatrucha" beynəlxalq cinayətkar qruplaşmasının başçısı həbs edilib.
Lim10.az NEWS.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.
ABŞ lideri Gömrük və Sərhəd Mühafizəsinin rəisi Tom Homana təşəkkür edərək, onu "super ulduz" adlandırıb.
"İndicə "MS-13"ün əsas liderlərindən biri ələ keçirilib. Tom Homan super ulduzdur", - o yazıb.
Məlumdur ki, bu ilin fevralında ABŞ hökuməti səkkiz cinayətkar qruplaşma və narkotik karteli xarici terror təşkilatı kimi tanıyıb. Siyahısa "Mara Salvatrucha", həmçinin Venesuelanın "Tren de Aragua" bandası və Meksikanın "Sinaloa", "Jalisco Nueva Generacion", "Unidos", "Noreste", "Golfo" və L"a Nueva Familia Michoacana" kartelləri də olub.