Məşhur türkiyəli xizəçkinin öldüyü hoteldəki yanğınla bağlı saxlanılanların sayı artdı

Türkiyənin Uludağ bölgəsində bu ölkənin xizək üzrə milli komandasının xizəkçisi Berkin Usta və atası, keçmiş xizəkçi Yahya Ustanın həyatını itirdiyi bağlı saxlanılanların sayı artıb.

Lim10.az-ın xəbərinə görə, bu barədə "Anadolu" agentliyi məlumat verib.

Uludağ Hotellər Bölgəsindəki hoteldə ötən gün səhər saatlarında baş verən yanğınla bağlı araşdırmalar və istintaq davam edir.

Məlumata görə, ötən gün hadisə ilə bağlı saxlanılan hotel müdirindən başqa, hoteli idarə edən şirkətin meneceri və xizək kurortunun üç işçisi də nəzarət altına alınıb. Ümumilikdə saxlanılanların sayı 5-ə çatıb və onların dindirilməsi davam edir.

Xatırladaq ki, yanğında Türkiyə Xizək və Snoubord Müəllimləri Dərnəyinin sədri Yahya Usta, həyat yoldaşı Fikriye və oğlu - 24-cü Pekin Qış Olimpiya Oyunlarında Türkiyəni təmsil edən xizəkçi Berkin Usta xəsarət alıblar. Huşsuz vəziyyətdə çıxarılan Yahya Ustanın və oğlu Berkin Ustanın həyatını göstərilən tibbi müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Həyati təhlükəsi olan Fikriye Ustanın isə xəstəxanada müalicəsi davam edir.