Ağsuda ağır QƏZA: Çox sayda şəxs xəstəxanaya YERLƏŞDİRİLDİ

Ağsuda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lim10.az xəbər verir ki, ilkin məlumata əsasən hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisə zamanı Elminaz Salmanova, Zeynəb Salmanzadə, Əbülfəz Salmanov, Telman Cabbarov, Qurban Qurbanov, Hüseyn Hüseynov və Ramiz Şahbazov xəsarət alıblar.
Onlardan birinin vəziyyətinin orta ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.