Zelenski Ukraynanın qələbəsinə inandığını açıqladı

"Ukrayna Silahlı Qüvvələri tam heyətlə təchiz olunub, eləcə də ölkə NATO-nun himayəsi altında olacaq".
Lim10.az lenta.ru-ya istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Ukrayna lideri, həmçinin Ukraynanın qələbəsinə inandığını bildirib və bunu bir sıra amillərlə izah edib.
"Yalnız ABŞ-nin malik olduğu silah paketi və uzaqmənzilli raketlər var, 100% heyətlə təchiz olunmuş, fəaliyyətdə olan Ukrayna ordusu var", - Zelenski bildirib.