Bloqerə "Bakı Metropoliteni"ndə VƏZİFƏ VERİLDİ

Bloqer Cavid Nəsrullah "Bakı Metropoliteni" QSC-də vəzifəyə təyin edilib.

Lim10.az xəbər verir ki, o, QSC-də Kommunikasiya departamentinin sədrinə müavin təyin olunub.

Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumatı Lim10.az-a təsdiqləyib.

Qeyd edək ki, o, "Azerfon" (Nar), "Gilan Holding"in müxtəlif şirkətlərində rəhbər vəzifələrdə və "Azərbaycan Dəmir Yolları" QSC-də çalışıb.