Fransua Benedetti: "Fransa hökuməti xalqımızın mövcudluğunu silmək üçün hər cür cəhd edir"

"Korsika Fransa hökumətinin apardığı siyasət ucbatından öz keçmişindən və bu günündən məhrum olur".
Lim10.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda Korsika Libera partiyasının nümayəndəsi Fransua Benedetti deyib.
O bildirib ki, Fransanın uzun müddətdir davam edən müstəmləkəçilik siyasəti orada yaşayan xalqların milli adət-ənənələrinin yox olmasına, əhalinin məhvinə yönəlib.
"Fransa hökuməti xalqımızın mövcudluğunu silmək üçün hər cür cəhd edir. Korsika adasının inkişafını ləngitmək üçün müxtəlif yollardan istifadə edir".
O, çıxışı zamanı Bakı Təşəbbüs Qrupuna onların müstəmləkəçiliyə qarşı mübarizəsində göstərdiyi dəstəyə görə təşəkkür edib.
Aləmdə Nəsib