Naxçıvanda tələbə dəm qazından zəhərlənərək öldü

Naxçıvanda tələbə dəm qazından zəhərlənərək ölüb.

Lim10.az "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

Belə ki, Naxçıvan Müəllimlər İnstitutunda magistra təhsili alan, Laçın rayon sakini, 2003-cü il təvəllüdlü Toğrul Vidadi oğlu Verdiyev kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.