Tailandda zəlzələ nəticəsində ölənlərin sayı artdı

Banqkokdakı zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Lim10.az bu barədə "Thairath" qəzetinə istinadla xəbər verir.
Bildirilir ki, bundan başqa 10 nəfər yaralanıb, azı 118 nəfər itkin düşmüş hesab olunur.
Məlumata görə, ölənlərin çoxu (8 nəfər) - Banqkokun şimalında Baş Auditor İdarəsinin tikilməkdə olan binasının çökməsi nəticəsində həlak olub. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam edir.
Başqa tikinti obyektində daha bir inşaatçı, Myanma vətəndaşı həlak olub. Digər ölüm halları hündürlükdən yıxılma və yanğın nərdivanı ilə təxliyə ilə bağlıdır.