Almaniyada ölkə ərazisində ABŞ raketlərinin yerləşdirməsinə qarşı aksiya keçirilib

Almaniyanın mərkəzi hissəsində yerləşən Visbadendə ABŞ-nin orta və qısamənzilli raketlərinin ölkə ərazisində yerləşdirilməsinə qarşı aksiya keçirilib.
Lim10.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat verib.
Qeyd olunur ki, nümayişdə 1000-dən artıq insan iştirak edib.
Aksiya iştirakçıları əllərində irimiqyaslı silahlanmaya qarşı şüarlar yazılmış plakatlar tutub və beynəlxalq həmrəyliyə çağırıblar.
Nümayiş dinc xarakter daşıyıb.