HƏMAS Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Fələstinin radikal HƏMAS hərəkatı Misir və Qətərdən aldığı atəşkəs təklifinin şərtləri ilə razılaşıb.

Lim10.az TASS-a istinadən xəbər verir, bu barədə HƏMAS-ın Siyasi Bürosunun üzvü, Qəzza zolağındakı lideri Xəlil Əl-Həya Ramazan ayının başa çatması ilə bağlı videomüraciətində bildirib.

"Biz iki gün əvvəl Misir və Qətərdəki vasitəçilərdən aldığımız təkliflə razılaşdıq", - əl-Həya vurğulayıb.

Əl-Həya həmçinin bildirib ki, HƏMAS Misirin Qəzza zolağının idarə olunması üçün texnokratlardan ibarət komitə yaratmaq təklifinin həyata keçirilməsində irəliləyiş əldə edib.