Filippində təyyarə qəzası: Ölənlər var

Filippinin Panqasinan bölgəsində baş verən təlim təyyarəsi qəzasında iki nəfər həyatını itirib.
Lim10.az "Inquirer News"a istinadən xəbər verir ki, Filippin polisi "Cessna" tipli kiçik təyyarənin təlim uçuşu zamanı qəza keçirməsi nəticəsində 32 yaşlı pilot və 25 yaşlı tələbəsinin həlak olduğunu açıqlayıb.
Polis təyyarənin düşməsindən sonra hər iki şəxsin yerindəcə öldüyünü bildirib. Qəzadan sonra hadisə ilə bağlı istintaqın başladığı qeyd edilib.