Biləsuvarda polis əməliyyat keçirdi: Narkotik vasitə və silah-sursat aşkarlandı

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 38 yaşlı Eldar Məmmədov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lim10.az-a bildirilib.
Məlumata görə, həmin şəxsdən 11 kiloqram marixuana, tiryək, metamfetamin və 1 ədəd gecəgörmə cihazı aşkarlanıb.
Həyata keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Yusif Qurbanov saxlanılıb. Ondan "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.