Misli Premyer Liqası: "Zirə" doğma meydanda üç xala sevinib

Misli Premyer Liqasında 28-ci tura yekun vurulub.
Lim10.az xəbər verir ki, günün son oyunu "Zirə" və "Şamaxı" komandaları arasında olub. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Rafael Utziq, Ruan Renato və Salifu Suma vurublar.
"Qartallar" 55 xalla 2-ci, bölgə klubu 28 xalla 8-ci pillədədir.
Günün ilk matçında "Kəpəz" və "Səbail" Tovuzda üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Hesabı 41-ci dəqiqədə "Kəpəz"in heyətində Şervoni Mabatşoev açıb. "Dənizçilər"in bərabərlik qoluna isə Dimitro Litvin imza atıb.
Bu nəticədən sonra Gəncə klubu 24 xalla 9-cu, qonaqlar isə 19 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Turan Tovuz"u 4:1 hesabı ilə məğlub edib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" ( 3:3) oyunları isə heç-heçə ilə yekunlaşıb.
Misli Premyer Liqasının XXVIII turunda "Kəpəz" "Səbail"lə qarşılaşıb.
Lim10.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Görüşdə hesabı gəncəlilər açıblar. Fasiləyə dörd dəqiqə qalmış Şevroni Mabatşoev fərqlənib. "Dənizçilər"i məğlubiyyətdən xilas edən qol isə 68-ci dəqiqədə vurulub. Dmitro Litvin baş zərbəsi ilə hesaba tarazlıq gətirib.
Qərb təmsilçisi 24 xalla doqquzuncu, Bakı klubu 19 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" (3:3) oyunlarında qalib müəyyənləşməyib.
Misli Premyer Liqasında XXVIII tura bu gün yekun vurulacaq.
Lim10.az xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.
"Səbail" "Kəpəz"in qonağı olacaq. Qarşılaşma saat 16:00-da start götürəcək. Gəncə təmsilçisi 23 xalla doqquzuncu, Bakı klubu 18 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.
Tur saat 18:00-da başlayacaq "Zirə" - "Şamaxı" görüşü ilə başa çatacaq. Meydan sahibləri 52 xalla ikinci, qonaqlar 28 xalla 8-ci sıradadır.
Azərbaycan Premyer Liqası, IV dövrə
XXVIII tur
16:00. "Kəpəz" - "Səbail"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
18:00. "Zirə"- "Şamaxı"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" oyunlarında qalib müəyyənləşməyib.