Günəşdə güclü partlayışlar baş verib

Günəşdə M sinfinə aid beş partlayış baş verib.

Lim10.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

İlk partlayış gecə yarısından sonra baş verib.

"Martın 30-da Moskva vaxtı ilə saat 00:38-də (Bakı vaxtı ilə 01:38 - red.) rentgen diapazonunda 33 dəqiqə davam edən M1.4 (S14E82) məşəl qeydə alınıb", - institutdan bildirilib.

Sonra daha dörd partlayış qeydə alınıb - M1.4, M1.5, M1.6 və M1.9.

Qeyd olunur ki, bütün partlayışlar 4048 ləkə qrupunda baş verib.