Efiopiyanın baş naziri Azərbaycan Prezidentini təbrik edib

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Lim10.az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi çatdırır,
xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram".