Myanmada milli matəm elan edildi

Myanmanın Baş naziri Min Aun Xlayn zəlzələ nəticəsində 1 700-dən çox insanın həlak olması ilə əlaqədar martın 31-dən aprelin 6-dək respublikada milli matəm elan edib.
Lim10.az-ın xəbərinə görə, bu barədə MRTV telekanalı məlumat verib.
"İnsan itkisi ilə əlaqədar martın 31-dən aprelin 6-dək olan günlər ümummilli səviyyədə matəm günləri elan edilib", - deyə sərəncamda bildirilib.
Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya Departamentinin məlumatına görə, zəlzələnin maqnitudası 7.9 olub. Zəlzələdən, həmçinin Tailand da zərər görüb, yeraltı təkanlar Çin və Vyetnamda da hiss olunub.