Dünyanın ilk ateist dövləti elan edilən Albaniyada on minlərlə insan bayram namazı qıldı

Dünyanın ilk ateist dövləti elan edilən Albaniyanın paytaxtı Tiranada on minlərlə insan Ramazan bayramı namazı üçün növbəyə düzülüb.

Lim10.az-ın xəbərinə görə, bu barədə "Anadolu" Agentliyi məlumat verib.

Məlumata görə, Tiranada möminlər "Dine-Hoca" məscidini doldurublar. Həmçinin ölkənin digər şəhərlərindəki məscidlərdə də camaat namazı qılınıb.