Paşinyandan müharibə ilə bağlı AÇIQLAMA

Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq.

Lim10.az  “Report”-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bildirib.

O əmindir ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir.

Baş nazir həmçinin sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.