“Uydurma erməni soyqırımı tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə bayraqlarını yandırması bir daha onu göstərdi ki, ermənilər sülhdən çox-çox uzaqdır. Onların bu cür revanşist hərəkəti əslində bölgədə gərginliyə xidmət edir”.
Bunu Lim10.az -a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi sülhdən, ikitərəfli qonşuluq əlaqələrinin qurulmasından danışır, amma real hərəkətlərində bunun əksini nümayiş etdirirlər. “Əslində Ermənistan sülh adı ilə manipulyasiya edir. Ermənistana bu işdə xaricdəki havadarları da dəstək verməkdədir. Fransada erməni diasporunun Azərbaycan və Türkiyə bayraqlarının yandırılması isə bunun bariz nümunəsidir. Fransa və bəzi Avropa ölkələri, o cümlədən erməni lobbisi hər fürsətdə revanşizmə dəstək verməklə bölgədə öz çirkin niyyətlərini reallaşdırmağa çalışırlar. Onlar erməni ictimaiyyətini yalançı tarix, saxta soyqırım və digər təbliğat vasitələrindən istifadə etməklə manipulyasiya edirlər”, - o qeyd edib.
Deputat hesab edir ki, baş verənlər Ermənistanın xarici siyasətinin əsasən Fransa tərəfindən idarə olunduğunu və ölkədə revanşist qüvvələrin təsirini artırdığını göstərir: “Lakin Ermənistan tərəfi revanşistlərin bu kimi destruktiv bölgədə sülhə, birgəyaşayışa mane olan addımları ilə əslində erməni xalqının gələcəyini təhlükə altına atır. Erməni xalqının gələcəyini düşünmədən məkrli niyyətlərini reallaşdırmağa çalışan bu qüvvələr nəhayətində anlamalıdır ki, bu cür revanşist cəhdlərin artıq heç bir faydası yoxdur. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, işğaldan azad olunan torpaqlarında quruculuq prosesini davam etdirir. Azərbaycan ərazisində revanşizmə rəvac verən qüvvələrin sonu hər kəsə məlumdur və bu bundan sonra da belə olacaqdır. Yaxşı olardı ki, onlar bu cür xislətlərindən və revanşist meyllərdən uzaq duraraq tez bir zamanda Bakının şərtləri daxilində sülh imzalamağa çalışsınlar. Yaxşı olardı ki, revanşist qüvvələr və onların havadarları dünyada sürətlə cərəyan edən hadisələri düzgün dəyərləndirib nəticə çıxarsınlar, yoxsa hər şey gec olacaq. Qularlarına sırğa etsinlər ki, bütün bunlardan nəticə çıxarmasalar son aqibətləri çox pis olacaq və heç kim onları xilas edə blməyəcək”.
Mürtəza
Lim10.az