Dünyaca məşhur rəssamın əsəri səhvən zibilliyə atıldı

Niderlandın Maaşxorst bələdiyyəsi aralarında dünyaca məşhur rəssam Endi Varholun Niderland kraliçası Beatriksi təsvir etdiyi bir əsərin də olduğu 46 sənət əsərinin səhvən atıldığını açıqlayıb.

Lim10.az Qaynarinfo-a istinadən məlumatına görə, bələdiyyə bildirib ki, ötən il aparılan yenidənqurma işləri zamanı aralarında məşhur sənətçi Endi Varholun da bir əsərinin olduğu 46 sənət əsəri böyük ehtimalla səhvən zibilliyə atılıb.

Varholun sözügedən əsərində Niderlandın sabiq kraliçası Beatrix təsvir olunub. Rəsmilər 1980-ci illərdə Varhol tərəfindən seriqrafiya üsulu ilə hazırlanmış və təxminən 15 min avro dəyərində qiymətləndirilən əsərin də daxil olduğu sənət əsərlərinin ötən il bələdiyyə binasından itkin düşdüyünü bildiriblər.

Hadisə ilə bağlı aparılan araşdırmanın nəticələri sənət əsərlərinin yenidənqurma zamanı zirzəmidə saxlanıldığını və əsərlərin necə qorunması ilə bağlı təlimatın olmamasının onların atılmasına səbəb ola biləcəyini üzə çıxarıb.

Bələdiyyə tərəfindən dünən verilən açıqlamada sənət əsərlərinin Uden şəhərindəki bələdiyyə binasında aparılan işlər zamanı anbarda saxlanıldığı qeyd olunub: Sənət əsərləri böyük ehtimalla səhvən zibil ilə birlikdə atılıb".