“XXI əsrin sürətlə dəyişən qlobal geosiyasi çağırışları nəzərə alıb ona uyğun çevik siyasət yürütmədən dünyanın heç bir ölkəsində lider davamlı olaraq uğur qazana bilməz. Qlobal miqyasda yeni dünya düzəni uğrunda gedən amansız geosiyasi savaşlar ölkələrə ciddi risklər və təhdidlər yaradır. Bəzən isə bir çox ölkələr bu mübarizələrin qurbanına çevrilir. Belə mürəkkəb geosiyasi mübarizələrin getdiyi bir şəraitdə ölkəyə rəhbərlik edən şəxsin liderlik qabliyyəti üzə çıxır. Liderin bacarığı o zaman bəlli olur ki, belə mürəkkəb situasiyada milli maraqlara cavab verən fəaliyyət göstərərək və buna uyğun adekvat rasional qərarlar qəbul etmək bacarığına malik olmalıdır. Azərbaycan xalqı bu baxımdan çox şanslı xalqdır ki, onun cənab İlham Əliyev kimi belə mürəkkəb geosiyasi prosesləri Azərbaycanın xeyrinə çevriməyi bacaran lideri var. Məhz onun liderlik qabliyyəti nəticəsində qlobal çağırışlara zamanında çevik reaksiya verərək, uğurlu çoxvektorlu xarici siyasət yürütməklə Azərbaycanın xeyrinə olamayan geosiyasi prosesləri xeyrinə çevirməyi bacarıb. Azərbaycanın son illərdə əldə etdiyi davamlı qələbələrin və uğurların kökündə də cənab İlham Əliyevin böhranlı, mürəkkəb geosiyasi prosesləri Azərbaycan üçün fürsətlərə çevrimək bacarığı və liderlik qabliyyəti dayanır. Cənab Prezident ölkəmizin yerləşdiyi coğrafi məkanın geostrateji əhəmiyyətini fürsətlərə çevriməklə Azərbaycanı bir-birinə zidd olan güclərin uğurlu əməkdaşlıq körpüsünə çevriməyi bacarıb. Avropa və Asiyanın strateji qovşağında yerləşən Azərbaycan bir logistik mərkəzə çevrilib”.
Bunu Lim10.az -a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat əlavə edib ki, bütün bu uğurlar ancaq cənab Prezidentin milli maraqlara əsaslanaraq yürütdüyü düşünülmüş siyasətin nəticəsidir:
“Prezident İlham Əliyevin yürütdüyü bu siyasət beynəlxalq aləm tərəfindən dəstəkləndiyindən uğur qazanmaqdadır. Bunun üçün təkcə aprel ayında cənab Prezidentin xarici səfərlərinə, ölkəmizə səfərlərə və keçirilən mötbərə tədbrilərə diqqət yetirmək kifayətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin aprelin 11-də Türkiyədə Antaliya Diplomatiya forumunda iştirakı, orada Suriya prezidenti Əhməd əş-Şara və digərləri ilə keçirdiyi görüşlər. Aprelin 22-dən 24-dək Çinə dövlət səfəri, orada keçirilən görüşlə və imzalanan səfərlər, aprelin 2-də Almaniya prezidenti Frank-Valter Ştaynmayerin, aprelin 16-da Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin, aprelin 25-də Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın, ATƏT-in Baş katibi Feridun Sinirlioğlunun ölkəmizə baş tutuan səfərləri və İran prezidenti Məsud Pezeşkianın aprelin 28-də gözlənilən səfəri, aprelin Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının keçirilməsi dediklərimin bariz nümunəsidir. Bu, cənab Prezident İlham Əliyev yürütdüyü uğurlu çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycanı fərqli güclərin bir əməkdaşlıq və dialoq məkanına çevirləmisinin sübutudur. Yürüdülən bu siyasət bütövlükdə Aralıq dənizi-Qara dəniz-Xəzər dəniz hövəzisi, eyni zamanda Mərkəzi Asiya və Uzaq Şərqədək olan bir coğrafiyada sıx əməkdaşlıq münasibətlərinin qurulmasına, eyni zamanda regional və qlobal sülhə, sabitliyi, əməkdaşlığa və təhlükəsizliyə öz töhfəsini verəcək. Cənab Prezidentin yürütdüyü bu uğurlu siyasət Azərbaycanın beynəxlaq münasibətlərə sistemində geosiyasi statusunun gücləndirilməsi və ciddi oyunçu qismində çıxış etməsi ilə nəticələnəcək”.
Mürtəza
Lim10.az
Bunları nəzərə almadan uğur qazanmaq mümkün deyil - Açıqlama
