Avropa ölkələrində işıqlar eyni vaxtda söndü, xaos yaşandı - VİDEO

Avropa ölkələrində elektrik enerjisinin verilməsində problemlər yaşanır.

Lim10.az xəbər verir ki, bu barədə beynəlxalq informasiya agentlikləri "son dəqiqə" başlığı ilə məlumat yayıb.

Məlumata görə, İspaniya, Fransa, Portuqaliya, Belçika və çox sayda Avropa ölkəsində işıqlar sönüb.

"CNN İnternational" İspaniya və Portuqaliyanın elektrik enerjisinin verilişində böyük fasilələrlə üzləşdiyini bildirib. 

"BBC"nin verdiyi məlumata görə, İspaniyanın paytaxtı Madridin mərkəzində işıqforların işləməməsi səbəbindən ciddi tıxac yaranıb. İspaniyanın milli dəmir yolu şirkəti "Renfe" yerli vaxtla saat 12:30-da elektrik enerjisinin kəsildiyini, bütün stansiyalarda xidmətlərin dayandırıldığını, qatarların və metroların işləmədiyini açıqlayıb.

İspaniyanın elektrik şəbəkəsi operatoru "Red Electrica" elektrik enerjisini bərpa etmək üçün enerji şirkətləri ilə işlədiyini açıqlayıb.
Qəzanın səbəbi olduğu hələlik məlum deyil. 

"Red Electrica" vəziyyətin təhlil edildiyini və qısa zamanda vətəndaşlara məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl də Avropa ölkələrində elektrik enerjisinin verilişində problemlər yaşanıb. Ötən il temperaturun artması və enerjiyə olan tələbatın çoxalmasına görə bir sıra Avropa ölkələrində enerji böhranı yaşanıb.

Billurə Yunus