Türkiyəli məşhur aktyor Necib Naşit Özcan 68 yaşında vəfat edib.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi 27 fevralda beyninə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, N.Özcan 18 teleserial, o cümlədən "Kurtlar Vadisi Pusu"da və 4 filmdə rol alıb. Həmçinin bir çox teatr tamaşasında çıxış edib.