Vuçiçin təyyarəsi Bakıdan Moskvaya uçub.
***
Moskvaya səfərə yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya eniş etmək məcburiyyətində qalıb.
Lim10.az APA-ya istinadən xəbər verir ki, Vuçiçin təyyarəsi Ukraynada müharibə və Rusiyanın hava məkanında hərbi əməliyyatlar səbəbindən Azərbaycana məcburi eniş etməli olub.
Qeyd edək ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Rusiya paytaxtına səfər etməlidir.