Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün öhdəsinə düşəni etməyə hazırdır.
“Lim10.az ” xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç “CNN Türk”ə müsahibəsində deyib.
O bildirib ki, yekun qərarı Azərbaycan və Ermənistan verəcək.
A.Ç.Kılıç, həmçinin qeyd edib ki, Türkiyə Ermənistanla əlaqələrə regionun sabit gələcəyi aspektindən yanaşır.