“Ticarət sahəsinə baxsaq, bizim bir neçə ölkədən asılılığımız var. Əlaqələrimiz Avropa ilə bağlıdır. Kənd təsərrüfatı məhsullarımız adətən Rusiyaya gedir. Çinlə bağlı perspektivlər açılıb. Hesab edirəm ki, burada da, Afrikada da, digər Asiya ölkələrində də biz bu və digər formada əməkdaşlığı inkişaf etdirməliyik. Düzdür, indi bizim ticarətdə əsas ixracımız neftlə, enerji mənbələri ilə bağlıdır".
Lim10.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
"Bundan başqa, Qlobal Cənubda müəyyən oyunçular var ki, onların bəziləri ilə əlaqəmiz yaxşıdır. Məsələn, Çin, Cənubi Afrika, Braziliya. Lakin bəziləri ilə problemlərimiz var. Məsələn, Hindistan. Hindistan Qlobal Cənub platformasında çox fəaldır, müəyyən nüfuza malikdir. Qlobal Cənub Azərbaycan üçün önəmli platformadır”, - BMTM sədri bildirib
Mürtəza
Lim10.az