İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunur ki, reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən 616 azyaşlı müəyyən edilərək, onları hüquqazidd əməllərə təhrik edən 354 valideyn barədə tədbirlər görülüb. Uşaqlarını dilənçiliyə sövq edən hansı valideyn olar? O uşaqları həmin valideynə qaytardınsa, deməli, onlar yenə də bu fəaliyyətə yönləndiriləcəklər.
Lim10.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
“Dövlət xüsusi mexanizmi tətbiq etmək və internat məktəbi yaratmaq olar. Küçədə dilənçilik edən uşaq tutuldusa, dərhal ora göndərilməlidir və valideynin əlindən alınmalıdır. O uşaqlara dövlət sahib çıxmalı, yenidən küçəyə qayıtmasına imkan tanımalıdır. Sosial şəbəkədə də gördük, bir-birinə fiziki xəsarət yetirən dilənçi uşaqların qayğısına polis qalır, davanı yatızdıra bilir. Amma bu, çıxış yolu deyil”, - deyə deputat bildirib.
Mürtəza
Lim10.az