İranın azərbaycanəsilli rejissoru Cəfər Pənahinin "Sadə təsadüf" filmi "Qızıl palma budağı" mükafatına layiq görülüb.
Lim10.az xəbər verir ki, mükafatlandırma 78-ci Kann Film Festivalının bağlanış mərasimində baş tutub.
Film avtomobil qəzasından sonra dustaq həyatı yaşayan bir şəxsin həbsxanadakı ağır həyatından bəhs edir.
Qeyd edək ki, Pənahi 1960-cı ildə Cənubi Azərbaycanın Miyana şəhərində anadan olub. 1995-ci ildə Pənahinin “Ağ şar” filmi “Kann” kinofestivalında “Qızıl kamera” mükafatını qazanıb. Eyni ildə film Nyu-York tənqidçilərinin “1995-ci ilin ən yaxşı filmləri” siyahısında da yer alıb.
2006-cı ildə ekranlara çıxan “Ofsayd” filmi Berlin kinofestivalında “Gümüş ayı” mükafatına layiq görülüb.