95 yaşında yeni filmin çəkilişlərinə başladı

Amerikalı məşhur rejissor və aktyor Klint İstvud 95 yaşında yeni bədii filmin çəkilişlərinə başlayıb.

Lim10.az xəbər verir ki, bu barədə o, Avstriyanın "Kurier" nəşrinə verdiyi müsahibədə danışıb.

İstvud bildirib ki, yaradıcılıqdan uzaq qalmağı düşünmür. O, sonuncu filmi - "Juror No. 2" filmini 2024-cü ildə təqdim etmişdi.

Yeni layihə, 2024-cü ildə təqdim olunmuş "Juror No. 2" filmindən sonra rejissorun ilk işidir. Həmin ekran işi İstvudun son filmi hesab olunurdu.

Qeyd edək ki, Klint İstvud indiyədək 45 filmə rejissorluq edib. Onun ən tanınmış ekran işləri sırasında " Unforgiven" və "Million Dollar Baby" kimi filmlər yer alır.

Beş "Oskar" mükafatına layiq görülmüş sənətçi mayın 31-də 95 yaşını qeyd edib.(oxu.az)