Şəhərsalma və Arxitektura Komitəsi işğaldan azad edilmiş torpaqlarda alver edir
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi sifarişçi olduğu növbəti satınalmaya yaekun vurub.
Qlobal.az xəbər verir ki, Mərkəzin “Laçın rayonunun Kürdhacı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işləri”nin və “Laçın rayonunun Ərikli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işləri”nin satın alınması lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 412.250 manat, qalibi isə “BUREAU MÜHİT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“BUREAU MÜHİT” Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin iyun ayının 16-da təsis edilib. Şirkətin hüquqi ünvanı Xətai rayoni, Məhəmməd Hadi küçəsi ev 82, mənzil 3 ünvanı, qanuni təmsilçisi isə Bayramov Toğrul Şahin oğludur.
“BUREAU MÜHİT” MMC-nin rəhbəri Bayramov Toğrul Şahin oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür.
Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 2022-ci ildə sifarişçi olduğu satınalmada "BUREAU MÜHİT" MMC
qalib elan edilib.
Belə ki, Mərkəzin 2022-ci ilin aprel ayının 28-də yekun vurduğu satınalmada "BUREAU MÜHİT" MM
üç lot üzrə – Laçın rayonunun Şəlvə kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması (292.247 manat), Kəlbəcər rayonunun Zar kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması (365.800 manat) və Cəbrayıl rayonunun Xudafərin qəsəbəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması (185.000 manat) – qalib elan edilib.