ABŞ Ermənistana xəbərdarlıq etdi

ABŞ Dövlət Departamentinin rəsmisi Ermənistanı Rusiyaya sanksiyalardan yan keçməyə kömək etməkdə ittiham edi.

ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O'Brayen POLITICO-ya müsahibəsində deyib:

"Bu ilin əvvəlinə Rusiya, təxminən müharibədən əvvəlki sayda elektronika məhsullarının əsas kateqoriyalarını yenidən idxal edə bildi".

O, sanksiyalardan yayınmanın “əhəmiyyətli problem olaraq qaldığını” deyib və əlavə edib ki, ABŞ xüsusilə beş ölkə ilə problem müəyyən edib: Türkiyə, Qazaxıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan.

O'Brienin fikrincə, problem ondan ibarətdir ki, Avropa şirkətləri materialları başqa ölkələrə satır, onlar da öz növbəsində materialları Rusiyaya satırlar.