İranda interneti kim əngəlləyir?

 İranda internetə məhdudiyyətlər hansı təşkilatlar tərəfindən və hansı qanun əsasında həyata keçirilir? 

İran hökuməti bəzi uyğunsuz səhifələrə girişi və hökumətə qarşı siyasi məzmunlu saytları bloklamaq üçün internetə məhdudiyyətlər qoymağa başlayıb.

Həmin məhdudiyyətlər ötən illərdən başlamış olsa belə, iranlı istifadəçilər üçün ən məhdud və senzuraya məruz qalan dövrü yeni başlayıb.

Təbriz şəhərinin İran parlamentindəki millət vəkili sözügedən məhdudiyyətlərlə bağlı deyib ki, Kiberməkanın davamlı filtrasiyası insanların informasiya əldə etmək hüququnun pozulması, vətəndaşlara qarşı hörmətsizlikdir: "Virtual məkanın fəsadları ola biləcəyi barədə ehtimalları bəhanə edərək, məntiqi əsası olmayan bu hərəkət cəmiyyətin normal həyat və məşğulluğuna əngəl törədir”.