"Ukraynanın məqsədi ərazi bütövlüyünün təmin edilməsidir"


Zelenskinin müşaviri: "Ukraynanın əks-hücumunun son məqsədi Krım da daxil olmaqla bütün ərazilərin qaytarılmasıdır"
"Ukraynanın əks-hücum əməliyyatının son məqsədi Rusiya tərəfindən işğal edilmiş bütün işğal edilmiş ərazilərin, o cümlədən Krımın geri qaytarılmasıdır".

Bu sözləri Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri İqor Jovkva CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, artıq əks-hücum tədbirləri davam etdirilir, lakin o, detallar barədə məlumat verə bilmədiyini qeyd edib:

"Qarşıya qoyulan məqsədlərə çatmaq üçün aylar lazım ola bilər. Lakin bu, Ukrayna ordusunun ilk əks hücumu deyil və bundan əvvəl ordumuz Xarkov və Xerson rayonları ərazilərindən işğalçıları çıxarıblar. İndiki hücum yəqin ki, sonuncu əks-hücum olmayacaq", - deyə İqor Jovkva vurğulayıb.

O həmçinin qeyd edib ki, Ukraynanın uğur qazanmaq üçün daha çox artilleriya və sursata ehtiyacı var.