Haaqa məhkəməsi Kaxovka SES-nin dağılmasını araşdırır

Ukrayna Prezidenti Vladimir Zelenski Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Kaxovka SES-in dağıdılması ilə bağlı araşdırmaya başladığını bildirib.

Zelenskinin sözlərinə görə, BCM nümayəndələri Xerson vilayətinə səfər ediblər. O, əlavə edib ki, Ukrayna hüquq-mühafizə orqanları maksimum dərəcədə istintaq prosesində iştirak edir və Beynəlxalq Ədalət Məhkəməsinə töhfə verəcəklər. “Bu günlərdə BCM nümayəndələri Xerson vilayətinə səfər ediblər. Fəlakətdən sonra elə birinci gün Baş prokuror bu fəlakətin araşdırılması üçün BCM-ə müvafiq müraciət göndərib və iş artıq başlayıb”, - deyə Zelenski izah edib