Çin Rusiyaya qarşı sanksiyaları dərinləşdirir

Bank of China Rusiyadan Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və İsveçrə banklarına pul köçürmələrinin aparılmasını məhdudlaşdırıb.

Bu barədə RBC Bank of China-nın müxbir bank olduğu "Modulbank" və "Finam"ın nümayəndələrinə istinadən yazır. "Modulbank" müştərilərinə Avropa İttifaqı, İsveçrə, Böyük Britaniya və ABŞ banklarına Çin yuanı ilə köçürmələrin dayandırılması ilə bağlı xəbərdarlıq edib. İyunun 13-dən "Finam Bank", Bank of China-nın müxbir hesabları vasitəsilə yuan, dollar, avro və Honq-Konq dollarında vəsaitlərin köçürülməsi üçün icra sifarişlərinin qəbulunu dayandırıb.

“Qərarı Çin deyil, Aİ və ABŞ tərəfləri verib. Beləliklə, onlar yuan şəklində alternativ kanalları bloklamaqla sanksiya təzyiqi həyata keçirməyə çalışırlar”, - “Modulbank”ın İdarə Heyətinin sədri Pavel Semenov bildirib