Bu günə İpoteka və Kredit Zəmanət Fondu 116,891 milyon manat məbləğində 1 294 krediti zəmanətlə təmin edib.
Lim10.az xəbər verir ki, bunu Fondun baş meneceri Rasim Abdullayev bildirib.
Bundan başqa, onun sözlərinə görə, indiyə qədər qurumun xətti ilə verilmiş ipoteka kreditlərinin 32 %-ni güzəştli kateqoriyaya aid şəxslər alıb.
Kreditlərin 67 %-i gənclərə və gənc ailələrə verilib, 22 %-i isə regionlarun (52 şəhər və rayon) payına düşüb.