Lvov və Zaporojyedə dağıntılar var

Rusiya qoşunları iyunun 20-nə keçən gecə Ukraynaya kütləvi hücuma keçib. Lvov və Zaporojyedə dağıntılar var

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ümumilikdə Rusiya qoşunları Ukrayna ərazisinə 30 kamikadze pilotsuz uçan aparat atıb, onlardan 28-i hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Lvov meri Andriy Sadovoy dronun kritik infrastruktur obyektini vurduğunu bildirib. Onun sözlərinə görə, hücum zamanı xəsarət alan olmayıb. Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, şəhərin səmasında “təxminən iyirmi” pilotsuz təyyarə vurulub.

Zaporojyenin atəşə tutulması ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da məlumat yayıb. Zaporojye Regional Hərbi Administrasiyasının məlumatına görə, hücum nəticəsində fermaya və “məşhur istirahət yeri”nə ziyan dəyib. Mülki əhali arasında itki yoxdur