"Tağıyev"in 2-ci sezonu çəkiləcək

"Tağıyev" filiminin 2-ci sezonunun çəkilməsi nəzərdə tutulur.

Lim10.az xəbər verir ki, bu barədə "Tağıyev" filminin rejissoru və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı "Gilavar" "YouTube" kanalına danışıb.

O bildirib ki, "Tağıyev" filmi əslində 8 bölüm yazılıb.

"8 bölüm yazılan bu filmin yalnız 4 bölümü ekranlaşdırıldı. Digər 4 bölüm (2-ci sezon) də çəkiləcək", - deyə rejissor əlavə edib.

Onun sözlərinə görə, 3-cü bölümdə Tağıyevin həyatından çox maraqlı faktlar, o cümlədən baş qəhrəman Sona xanım, Tağıyevin oğlu ilə mübahisəsi və Qızlar Gimnaziyasının açılması kimi mövzular yer alacaq.

Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan bu filmin 2 bölümü "Tağıyev: Neft" və "Tağıyev: Çar" artıq kinoteatrlarda nümayiş etdirilib.