Varlılar ağıllı uşaqların dünyaya gəlməsi üçün 50 min dollara qədər pul ödəyirlər - ABŞ-də

ABŞ-nin Silikon Vadisindəki İT sektoru liderləri “ağıllı” uşaqlar üçün genetik seçimə 50 min dollara qədər pul ödəməyə hazırdırlar. 

Lim10.az xəbər verir ki, bu barədə ABŞ-nin “The Wall Street Journal” (WSJ) qəzeti yazıb.

"Nucleus Genomics" və "Herasight" startapları embrionların IQ testini 6 min dollardan 50 min dollara qədər qiymətə təklif edir. Bu test yalnız gələcəkdə bəzi xəstəliklərin yaranma riskini müəyyən etməyə deyil, həm də uşaqların potensial intellekt səviyyəsini təyin etməyə imkan verir. Nəşr qeyd edir ki, bu cür xidmətlərə tələbat sürətlə artır. Yəni bu proses hələ hamiləlik başlamadan “seçim” etmək deməkdir. Əgər analiz nəticəsində intellekt göstəricisi aşağı çıxarsa və valideynlər istəməzsə, həmin embrion istifadə olunmur.

“Silikon Vadisində IQ-ya böyük önəm verirlər”, — deyə məqalədə bildirilir.

Ekspertlər bu tendensiyanı ABŞ-da “genetik super kasta” yaratmaq cəhdi kimi qiymətləndirirlər.