Overçuk: Moskva Paşinyanı təcili Kremldə gözləyir

Rusiya tərəfi yaxın vaxtlarda Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfərini gözləyir.

Lim10.az xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk deyib.

"Nikol Vovayeviç iki həftə əvvəl Rusiyada idi və biz də onun yaxın gələcəkdə Rusiyaya səfərini gözləyirik", - Overçuk bildirib.

Rusiya baş nazirinin müavini əlavə edib ki, növbəti həftə Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) fəaliyyətini müzakirə etmək üçün İrəvana səfər edəcək.

“Gələn həftə mən İrəvana uçacağam. Səfərdə məqsəd hökumətin verdiyi fərmanla Ermənistanın hüquqi bazası ilə Aİİ-nin qanunvericiliyi arasında yaranan ziddiyyəti araşdırıb müzakirə etməkdir”, - o vurğulayıb.  

Overçuk onu da bildirib ki, səfər çərçivəsində Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı müəyyən nüansları müzakirə edəcəklər: "Bölgədə kommunikasiyalaırn açılması, xüsusən də dəmir yolu məsələsi Rusiyanın marağında olan məsələdir".

Overçuk eyni zamanda bildirib ki, Ermənistandan sonra Azərbaycana səfər edərək və Bakıda da kommunikasiyaların açılması məsələsi müzakirə olunacaq.

Mürtəza