Norveç şahzadəsinin oğluna qarşı dörd təcavüz ittihamı irəli sürüldü

Norveçin vəliəhd şahzadəsi Metta-Maritin oğlu Marius Borq Höybiyə qarşı 32 bənd üzrə ittiham irəli sürülüb, o cümlədən dörd qadına təcavüzdə günahlandırılıb. 

Lim10.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə 18 avqustda baş prokuror Sturla Henriksbo mətbuat konfransında məlumat verib. 

Onun sözlərinə görə, digər ittihamlar arasında zorakılıq aktları, şəxsi azadlığın pozulması, icazəsiz videoçəkiliş və digər əməllər var.

Höybi 2024-cü ilin avqustunda sevgilisinin mənzilində həbs olunub. Onun zorakılıqda və əmlakın zədələnməsində şübhəli bilindiyi bildirilir. O, spirtli içki və narkotik maddələrin təsiri altında qadına hücum etdiyini və əşyalarını qəsdən sındırdığını etiraf edib. İstintaq prosesində bir neçə təcavüz də daxil olmaqla əlavə ittihamlar ortaya çıxıb.

Marius Borq Höybi 1997-ci ildə Metta-Maritin təsadüfi münasibətindən sonra dünyaya gəlib. Onun atası Morten Borq narkotik alverinə görə məhkum edilib. 2001-ci ildə Metta-Marit şahzadə Hakonla ailə həyatı qurub. Hazırda Hakon Norveç taxtının varisidir. Höybi isə rəsmi olaraq kral ailəsinin üzvü sayılmır.